Əlincəqala və bir çox belə abidələr Naxçıvanın qədim Azərbaycan torpağı olduğunu, azərbaycanlıların burada əsrlərlə, min illərlə yaşayıb
yaratdığını göstərir.

Heydər Əliyev

 

 

 

 

 

Əlincəqala Naxçıvan şəhərindən 30 km şərqdə, Əlincəçayın sağ sahilində, 1800 metr hündürlüyə malik olan Əlincə dağının üzərində yerləşir. Qalanın əsas girişi iki tərəfdən - şərq və qərb tərəfdəndir.

Qalanın adı çəkilən ən qədim qaynaqlardan biri “Kitabi-Dədə Qorqud” dastanıdır. Tətqiqatlar nəticəsində Əlincəqalanın I-VI əsrlərdə mövcud olduğu müəyyən edilmişdir. Əlincəqalada 600-ə qədər döyüşçünün öz atı və hərbi sursatı ilə birlikdə yerləşməsi üçün şərait olmuşdur. Müharibələr zamanı su ehtiyatı saxlamaq məqsədi ilə qalanın müxtəlif sahələrində 10-dan çox su hovuzu, təpənin yuxarı hissəsində, qaya üzərində xüsusi arxlar çapılmışdır.

Əlincəqala orta əsrlərdə Azərbaycanda fəaliyyət göstərmiş dövlətlərin tarixində əvəzolunmaz rol oynamış, xarici düşmənlərə qarşı müdafiə istehkamı kimi istifadə olunmuşdur...

 

Ardını oxu....

00314193
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
1
72
462
155
314193

Tarix: 03-11-2024