Əlincəqala və bir çox belə abidələr Naxçıvanın qədim Azərbaycan torpağı olduğunu, azərbaycanlıların burada əsrlərlə, min illərlə yaşayıb
yaratdığını göstərir.

Heydər Əliyev

 

 

 

 

 

Əlincəqalaya yürüş üzrə Naxçıvan Muxtar Respublika açıq birinciliyi.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkil etdikləri ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Heydər Əliyev kuboku” uğrunda Əlincəqalaya yürüş üzrə Naxçıvan Muxtar Respublika açıq birinciliyi keçirilib.

150-dən çox idmançının mübarizə apardığı birinciliyin açılış mərasimində Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov, Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının sədri Hafiz Yaqubov, təhsil naziri Məmməd Qəribov çıxış ediblər. Çıxışlarda muxtar respublikada həyata keçirilən idman siyasətindən, bu sahədə əldə olunan nailiyyətlərdən söhbət açılıb. Bildirilib ki, müstəqil Azərbaycan Respublikasının uğurlu idman siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün dövlətin apardığı idman siyasəti keyfiyyətcə yeni mərhələdə davam etdirilir. Prezident İlham Əliyevin həyata keçirdiyi bu siyasət nəticəsində gənclərimiz cəmiyyətimizin inkişafında fəal sosial təbəqəyə çevriliblər. 

Vurğulanıb ki, gənclərin bütün sahələrdə irəli çəkilməsi, onların intellektual səviyyələrinin artırılması, asudə vaxtlarının səmərəli təşkili, vətənpərvər ruhda tərbiyə olunması, beynəlxalq əhəmiyyətli tədbirlərdə yaxından iştirakı məsələləri daim diqqətdə saxlanılır.

Sonra yarışa start verilib. 5 yaş qrupu üzrə keçirilən yarışda 14-16 yaşlı qızların mübarizəsində Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin şagirdi Zülfiyyə Mehdiyeva birinci olub. Digər iki pillədə isə Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri Qaratel Camalova və Telli Abbas­ova qərarlaşıblar. 17-19 yaşlı qızlar arasında isə Əlincəqalanın zirvəsinə daha tez Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Sahilə Nəbiyeva çatıb. Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin şagirdi Aynur Musazadə ikinci, Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Ceyhunə Kalbalıyeva isə üçüncü olublar. 

14-16 yaşlı oğlanların mübarizəsində Heydər Əliyev adına Hərbi Liseyin kursantları Cəfər Quliyev, Vüqar Abdullayev və Mustafa Mustafazadə ilk 3 pillədə qərarlaşıblar. 17-19 yaşlı oğlanlar arasında Ramin Bağırov, Mirdamət Eminov (hər ikisi Heydər Əliyev adına Hərbi Lisey) və Elşad Əliyev (Naxçıvan şəhər 2 nömrəli tam orta məktəb) zirvəni daha tez fəth ediblər. 

Sonda qaliblərə diplom, hədiyyə və kubok təqdim olunub.

 

Ceyhun Məmmədov

00315097
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
2
71
220
1059
315097

Tarix: 22-11-2024