Əlincəqala və bir çox belə abidələr Naxçıvanın qədim Azərbaycan torpağı olduğunu, azərbaycanlıların burada əsrlərlə, min illərlə yaşayıb
yaratdığını göstərir.

Heydər Əliyev

 

 

 

 

 

Əlincəqalanın tarixinə aid yeni faktlar aşkarlanıb

Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən 11 fevral 2014-cü ildə “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncam imzalanmışdır. Buna uyğun olaraq, Əlincəqalanın tarixini öyrənmək üçün AMEA Naxçıvan Bölməsində AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin rəhbərliyi ilə xüsusi tədqiqat qrupu yaradılmışdır.

Tədqiqat qrupunun apardığı araşdırmalar zamanı Vəli Baxşəliyev və Nizami Alıyev tərəfindən biri qurğuşun, digəri isə gümüşdən kəsilən iki sikkə tapılmışdır. Vəli Baxşəliyevin qəzetimizə verdiyi məlumata görə, üzərində ərəb xəlifəsinin təsviri olan qurğuşun sikkə­nin tarixi hələlik dəqiqləşdirilməmişdir. Üzərində süvari təsviri olan gümüş ­sikkənin sikkəşünas təd­qiqatçı, Bakı Dövlət Universitetinin dosenti Qənirə Pirquliyeva tərəfindən araşdırılması göstərmişdir ki, bu sikkə VII əsrdə Daşkənddə zərb edilmişdir. Bu tapıntı Əlincəqalanın nəinki VII əsrdə mövcud olduğunu, həmçinin Yaxın Şərq və Mərkəzi Asiya ölkə­ləri ilə iqtisadi-mədəni əlaqələrə malik olduğunu göstərir. 

Qeyd edək ki, olduqca nadir rast gəlinən bu sikkə indiyədək Azərbaycan ərazisindən aşkar olunmamışdır. Bu sikkənin VII əsrdə bura gətirilməsi hələlik bir müəmma olsa da, Əlincəqalanın əsrarəngiz tarixindən xəbər verir.

 

 Sara Əzimova

00317217
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
32
37
549
1736
317217

Tarix: 22-12-2024